Pleyeri seçin:
Xırdalanda yaşayış kompleksində yanğın | FHN hadisə yerində
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, yanğın onbirmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda quraşdırılmış elektrik sayğaclarında başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun mənzillərə keçməsinə və yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində, o cümlədən 3 azyaşlı olmaqla, 15 nəfər bina sakini təxliyə olunub. Xəsarət alan olmayıb.
Kopyalandı
#Xırdalan teqi istifadə olunub
- Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV
- "31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV
- 13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV
- Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV
- “Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV
