Xızıda bir neçə avtomobil dərəyə yuvarlandı: 2 qadın köməksiz qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xızı rayonu ərazisində bir neçə avtomobil dərəyə yuvarlanıb, 2 qadın köməksiz qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq, operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib.
FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.
#Xızı teqi istifadə olunub
- "Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV
- Sitalçay kəndində sakinlər təxliyə olunur | FHN-dən açıqlama - Baku TV
- Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinin binasında və ətraf ərazidə təmir işləri aparılacaq
- Qələbəyə aparan Zəfər yolunun 22-ci günü | Xızı rayonuna raket hücumu
- Bu rayonlar silkələndi | Seysmoloji Xidmət Mərkəzindən zəlzələ barədə təcili məlumat
