Yanan evdən oğurluq edildi | Zərərçəkən hadisənin qəsdən törədildiyini iddia edir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə fərdi yaşayış evi yanıb.
Hadisə rayonun Baş Göynük kəndində Fazil Əhmədova məxsus 4 otaqlı evdə qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 190 kvadratmetr olan evin yanar konstruksiyaları içindəki əşyalarla birlikdə yanıb.
Hadisə yerinə cəlb olunan Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti tərəfindən yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Ev sahibinin iddiasına görə, hadisə qəsdən tamah məqsədilə törədilib. Evdən pul və qızıl-zinət əşyalarının oğurlandığı bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Şəkinin Baş Göynük kəndində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və sonradan oğurluq edilməsi iddiaları ilə bağlı ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
