Yanğının söndürülməsi işləri tamamlanır | Xətaidə son durum
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonundakı yanğın boya sexindəki çənlər, qatqı maddələri və plastik qablarda baş verib.
Bu sözləri hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün saat 13:32-də FHN-in “112” telefon qaynar xəttinə Süleyman Əhmədov küçəsində boya sexində yanğın baş verməsi barədə məlumat daxil olub:
“Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidməti, eləcə də Xüsusi Xilasetmə Qüvvələri cəlb olunub. Təxmini 3500 kvadratmetr ərazidə boya çənləri, qatqı maddələri, həmçinin plastik qablarda yanğın hadisəsi baş verib. Yanğın qısa zamanda məhdudlaşdırılıb”.
Qeyd olunub ki, hadisə yerinə 12 yanğınsöndürən texnika cəlb olunub.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
