“Yetim böyümüşdülər” | Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizində növbəti faciə baş verib.
Hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən nəzarətsiz çimərlik ərazisində qeydə alınıb.
Belə ki, Salyan rayonunun Həsənli kənd sakinləri, 36 yaşlı Aris Əlihəsənov və onun qardaşı oğlu, 15 yaşlı Həsən Əlihəsənov dənizdə boğularaq həyatlarını itiriblər.
Mərhumların qohumu bildirib ki, acı xəbər onlara telefon zəngi ilə çatdırılıb: “Zəng gəldi ki, Aris qardaşıoğlu ilə birlikdə dənizdə boğulub. Çox sarsıldıq, çox çətindir. Bu ailəni hamı tanıyırdı, çox gözəl ailə idi”.
Qeyd edək ki, hadisədən sonra dərhal axtarış-xilasetmə tədbirlərinə başlanılıb. Aparılan axtarışlar nəticəsində hər iki şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
#Xəzər dənizi teqi istifadə olunub
- Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV
- Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV
- Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?
