Yevlaxda baş verən yanğın ailə faciəsinə səbəb oldu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxın Səməd Vurğun küçəsində yerləşən evlərdən birində yanğın baş verib.
Hadisə nəticəsində ev sahibi 83 yaşlı Nərgiz Mikayılova ölüb, oğlu və qızı isə xəsarət alıb.
Yanğın zamanı xəsarət alan 60 yaşlı Yasəmən Vahabova və onun qardaşı 58 yaşlı Kamran Mehdiyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Adıçəkilən tibb müəssisəsindən verilən məlumata görə, yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:
“1965-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub”.
Qeyd edək ki, dünyasını dəyişən Nərgiz Mikayılova Birinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli Mehdiyevin anasıdır.
#Yevlax teqi istifadə olunub
- Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV
- "Təzə almışdım, hər şey yanıb" - Yevlaxda dəhşətli yanğın | "Çağırdım ki, ay qonşular..." - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
- Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI
- “Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV
