Yevlaxda iki gəncin mübahisəsi qətllə bitdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda 20 yaşlı şəxs özündən 4 yaş böyük olan həmyerlisini qətlə yetirib.
Dəhşətli hadisə şadlıq saraylarından birində keçirilən toy məclisində baş verib.
Qohumlarının toyuna gedən 24 yaşlı Elmir Abışov məclisdə 20 yaşlı Tahir Abdullayevlə mübahisə edib. Tərəflər arasında mübahisə qanlı sonluqla bitib. Tahir Elmirə kəsici-deşici alətlə ağır xəsarət yetirib. Elmir Abışov xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Qətlə yetirilən 24 yaşlı şəxs ailəli olub və onun iki azyaşlı övladı var.
Baş verən hadisə ilə bağlı Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, iyunun 10-da saat 18:00 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlunun aralarında yaranmış mübahisə zəminində Elmir Abışova kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Tahir Abdullayev şübhəli şəxs qismində tutulub.
#Yevlax teqi istifadə olunub
- Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV
- "Təzə almışdım, hər şey yanıb" - Yevlaxda dəhşətli yanğın | "Çağırdım ki, ay qonşular..." - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
- Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI
- “Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV
