Pleyeri seçin:
Yevlaxda qohum davası ölümlə bitdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda qohumlar arasında yaranan mübahisə qanla bitib.
Şəhərin Hüseyn Cavid küçəsində yaşayan Ramil və onun oğlu Amin Əsədov evlərinin yaxınlığında bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan ata və oğlu Yevlax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 20 yaşlı Amin Əsədovun həyatını xilas etmək mümkün olmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri − 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
Kopyalandı
#Yevlax teqi istifadə olunub
- Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV
- "Təzə almışdım, hər şey yanıb" - Yevlaxda dəhşətli yanğın | "Çağırdım ki, ay qonşular..." - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
- Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI
- “Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV
