Zəng etdilər ki, tez özünü xəstəxanaya çatdır | Şəkidə qadın doğuşdan sonra öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki Regional Perinatal Mərkəzində 27 yaşlı qadın doğuşdan bir gün sonra ölüb.
Mərhumun həyat yoldaşı Tural Nəsibovun iddiasına görə, qadının ölümünə səbəb həkim səhlənkarlığı olub:
“Fevralın 14-ü həyat yoldaşım doğuş etdi. Həkim hər ikisinin vəziyyətinin yaxşı olduğunu dedi. Anam evə gələn kimi zəng etdilər ki, tez özünü xəstəxanaya çatdır. Gedib gördüm, yoldaşım ölüb. Həkimdən səbəbini soruşanda dedilər ki, trombdan ölüb. Meyitxanada yardılar, ekspertlər trombdan ölmədiyini söylədilər.
Ürəyi, hər şeyi sağlam idi, heç bir problemi yox idi. Balamın yanına gedəndə ona yaxınlaşa bilmirəm, yad adamlar kimi baxıb çıxıb gəlirəm. Üç balamı yetim qoydu, körpəmi qucağıma ala bilmirəm. Qəsdən etdilər, 10 dəqiqənin içində yoldaşımın ölümünə səbəb oldular”.
Səslənən iddialarla bağlı TƏBİB-dən bildirilib ki, bunu hüquq-mühafizə orqanları qiymətləndirə bilər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
#Həkim səhlənkarlığı teqi istifadə olunub
- “Həkim qızımın başında tampon unudub” | Ana fəryad etdi: “Hər an iflic ola bilər...” - Baku TV
- Dişini çəkdirdi, ağır xəstəliyə tutuldu | Dəhşətli hadisənin detalları - Baku TV CANLI
- Dişini çəkdirdi, canından oldu | “Ayıbdır, boynuna almır, uşağım qışqıranda deyib ki...” - Baku TV
- Dəhşətə gətirən hadisə | Vətəndaş həkim səhvinin qurbanı oldu? - Baku TV CANLI
- Vaxtı keçmiş dərmanlar, lisenziyasız klinikalar - Səhiyyədə nə baş verir? - XÜLASƏ
