Pleyeri seçin:

Zərdabda ağır qəza | 2 nəfər həyatından oldu - Baku TV

10 dekabr 2025 517 baxış

Xanəndə Məftun Məmmədov ailə üzvləri ilə birgə qəzaya düşüb.

Hadisə Zərdabın Kəndəbil kəndində baş verib.

“Toyota Prius” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb. Hadisə nəticəsində xanəndənin atası və oğlu ölüb, özü ilə yanaşı, 4 ailə üzvü xəsarət alıb.

Zərdab Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 9-u saat 10:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

2016 və 2017-ci il təvəllüdlü azyaşlıların vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü azyaşlıya göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:50 adələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə zamanı 1966-cı il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 517 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 517 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 517 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 517 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 517 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 517 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 517 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 517 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 517 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 517 baxış
Seçilmişlər
icon