Erməni rəqib idmançımıza məğlubiyyətlə barışmadı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda təşkil olunan "Batumi Open" beynəlxalq karate yarışında erməni təxribatı baş verib.
Belə ki, Dünya Şotokan Karate Federasiyasının prezidenti Hitoşi Kasuya Senseyin də izlədiyi final görüşündə azərbaycanlı idmançı Alika Semixova ilə üz-üzə gələn Ermənistan nümayəndəsi məğlubiyyətini həzm edə bilməyib. Alikanın görüşün qalibi elan edilməsindən sonra ona yaxınlaşan rəqib idmançıya yaraşmaz hərəkət edərək, A.Semixovanın üzünə zərbə endirib.
Erməni təxribatından sonra təmkinli davranan karateçimiz onun bu hərəkətinə reaksiya verməyib. Maraqlıdır ki, idmançılarının bu tərbiyəsiz davranışına baxmayaraq, Ermənistan nümayəndələri onun hərəkətini müdafiə etməyə çalışıblar.
Qeyd edək ki, Batumi şəhərində keçirilən beynəlxalq yarışda Qazaxıstan, İran, Şotlandiya, ABŞ və Özbəkistan karateçiləri də iştirak ediblər.
#Gürcüstan teqi istifadə olunub
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
