Pleyeri seçin:
Türkiyə yığması Ermənistan seçməsini qəbul edir
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti görüşünü keçirəcək.
“Ay-ulduzlular” V turun matçında Ermənistan yığması ilə üz-üzə gələcək.
“Yeni Eskişehir” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. D qrupunda yer alan seçmələrin qarşılaşmasını italiyalı hakim Daniele Orsato idarə edəcək.
Qeyd edək ki, Türkiyə millisi Ermənistana qarşı ilk oyunda 2-1 hesablı qələbə qazanıb. İrəvandakı görüşdə Orkun Kökçü və Kerem Aktürkoğlu fərqlənməyi bacarıb.
Kopyalandı
#AVRO-2024 teqi istifadə olunub
