Paşinyan final matçı üçün Berlinə getdi | Akopyandan qalmaqallı paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan AVRO-2024-ün finalını həyat yoldaşı Anna Akopyanla birlikdə canlı izləyib.
O bu barədə məlumatı sosial şəbəkə hesabında paylaşıb.
Görüntülərdə N.Paşinyan və A.Akopyanın İngiltərə-İspaniya qarşılaşmasını Almaniyada stadionda izlədiyi əks olunur. Ermənistanın birinci xanımının paylaşımı sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub. Ölkədə yaranan gərgin vəziyyət fonunda Baş nazir və xanımının futbol üçün səyahəti birmənalı qarşılanmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentində hakim fraksiyanın deputatlarının “rəsmi səfər” adı altında dövlət büdcəsi hesabına AVRO-2024-ün oyunlarını izləmək üçün Almaniyaya getdiyinə dair məlumatlar yayılmışdı.
#Ermənistan teqi istifadə olunub
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
- “Azərbaycan bütün dünyaya göstərdi ki...” | Ordumuz ədaləti necə bərpa etdi? - Baku TV
