Pleyeri seçin:
Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV
“Bu ilin payızında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının keçirilməsi planlaşdırılır”.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
“Eyni zamanda Komissiyanın iclası çərçivəsində və ya ona yaxın tarixdə biznes dairələrinin və özəl sektor nümayəndələrinin iştirakı ilə Birgə Biznes Forumunun keçirilməsi də faydalı ola bilər. Enerji sahəsində əməkdaşlığımız barədə danışarkən burada xüsusi olaraq uzun müddət ərzində SOCAR şirkətinin İsveçrədə uğurlu fəaliyyətini mən xüsusi olaraq vurğulamaq istərdim”, – deyə o bildirib.
Kopyalandı
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- "Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV
- Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV
- "ATƏT-dən gözləntimiz budur ki..." | Ceyhun Bayramov mina problemindən danışdı - Baku TV
- Ceyhun Bayramov Azərbaycan-İsveçrə arasında iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV
- XİN-də mətbuat konfransı | Ceyhun Bayramov İqnasio Kassislə görüşdü - Baku TV
