Azərbaycan qazı Ukraynaya nəql ediləcək?
“Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz nəqli üzrə pilot layihə artıq başa çatıb. Hazırda belə tədarüklərin davam etdirilməsi üçün müqavilənin hazırlanması istiqamətində işlər aparılır”.
Bu sözləri Ukraynanın energetika naziri Svetlana Qrinçuk deyib.
“Hazırda danışıqlar aparırıq. Azərbaycan bunda maraqlıdır. Müqavilə bağlanarsa, 2025-ci ildə tədarükləri davam etdirəcəyik”, – deyə Qrinçuk bildirib.
O həmçinin qeyd edib ki, Rusiyanın son vaxtlar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları fonunda hərbi risklər mövcuddur.
May ayında məlum olub ki, Ukrayna yeni marşrutla böyük həcmdə qaz ala biləcək. Bu, Enerji və Kommunal Təsərrüfatların Dövlət Tənzimlənməsi üzrə Milli Komissiyanın Trans-Balkan dəhlizi ilə qazın nəqli prosedurunu sadələşdirməsindən sonra mümkün olub.
İyulda Ukraynanın “Naftogaz” şirkəti Azərbaycan qazının idxalına dair ilk müqaviləni SOCAR ilə imzalayıb. Söhbət kiçik qaz həcmlərindən gedir, lakin “Naftogaz”ın qeyd etdiyi kimi, bu, əməkdaşlığın daha da genişləndirilməsi üçün strateji addımdır.
Sınaq qaz tədarükü Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi boyunca həyata keçirilir.
#Ukrayna teqi istifadə olunub
- Daha bir azərbaycanlı dronun qurbanı oldu - ANA XƏBƏR
- Qırıcı razılaşması və milyardlıq dəstəkdən sonra Kiyevə hansı xəbər gələcək? - Baku TV CANLI
- Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV
- Avropa İttifaqı ilə Ukrayna arasındakı münasibətlər niyə soyuyub? - Baku TV CANLI
- Ukraynada işləmək istəyənlər üçün xəbərdarlıq | "Pasportunuzu heç kimə verməyin" - Baku TV
