Bir çox xarici investorlar tərəfindən təkliflər var | İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
"Gələcəkdə ixrac coğrafiyamız Avropa istiqaməti üzrə artacaq. Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. "Şahdəniz" yatağından sonra ikinci resurs bazamız "Abşeron" qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq".
Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Gələn il "Azəri-Çıraq-Günəşli" yatağının dərin laylarından qaz hasilatının nəzərdə tutulduğunu vurğulayan dövlət başçısı bildirib:
"Bu da bizim resurs bazamızı artıracaq. Ondan başqa, "Ümid", "Babək", "Şəfəq", "Asiman", "Qarabağ" neft və qaz-kondensat yataqlarından hasilatı başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. Təbii ki, bu da cəfəngiyatdır, sadaladığım bu yataqlar onu əyani şəkildə göstərir".
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
