Bitkoinin qiyməti ilə bağlı vacib proqnoz: bizi nələr gözləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günlərdə qiyməti 2022-ci ildən bəri ilk dəfə 35 min ABŞ dollarlıq həddi ötməyə müvəffəq olmuş “Bitkoin”in daha da bahalaşacağı gözlənilir.
Kriptovalyuta bazarlarının aparıcı analitiki Jason Pizzino Bitkoinin bazar və real dəyəri göstəricilərinə əsaslanaraq qiymətin 42 min dollara yüksələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının “Bitkoin”ə bağlı fondlarının yaxın müddətdə təsdiqləyəcəyi gözləntiləri kriptovalyutanın qiymətini artırıb.
Digər tərəfdən bu ölkənin qanunverici orqanının təmsilçiləri Ədliyyə Nazirliyini “Binance” və “Tether” kimi kriptovalyutalarla bağlı araşdırma aparmağa çağırıblar. Səbəb kriptovalyuta nəhənglərinin HƏMAS-ı maliyyələşdirməkdə şübhəli bilinməsidir.
#Bitkoin teqi istifadə olunub
- Bitkoində kəskin ucuzlaşma | Qiymət nə qədər enə bilər? - Baku TV
- Hansı kriptovalyutalar bazarın yeni liderinə çevrilə bilər?
- Kəskin ucuzlaşmanın səbəbləri | Kriptovalyuta bazarında yenidən bahalaşma olacaq? - Baku TV
- Kriptovalyuta 124 min dollarlıq həddi keçdi
- Bitkoinin bahalaşması nələrə təsir edəcək? | Ekspertdən mühüm açıqlamalar
