Bu təşəbbüs boşluqların aradan qaldırılmasında fayda verə bilər | Mikayıl Cabbarov
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın enerji keçidi prosesində mühüm təşəbbüsləri var”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə bildirib.
“COP29-un fəaliyyət gündəliyində yer alan 14 əsas təşəbbüsdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır. İqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu fond mühüm rol oynaya bilər. Fondun kapitalını əsasən qalıq yanacaq istehsal edən ölkələrin, eləcə də neft, qaz və kömür hasilatı ilə məşğul olan şirkətlərin təmin etməsi nəzərdə tutulur”, – deyə o qeyd edib.
Nazir bildirib ki, fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə, eləcə də kiçik ada dövlətlərində iqlim fəaliyyətinə investisiya yatırmaqla yanaşı, qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorda fəaliyyət göstərən müəssisələrin yaşıl keçidə olan töhfələrini artırmaqdır.
“Azərbaycan hesab edir ki, təbii sərvətlərlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməlidir və bu təşəbbüs iqlim maliyyəsindəki boşluqların aradan qaldırılmasına əhəmiyyətli fayda verə bilər. Fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır. Fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq”, – deyə nazir əlavə edib.
#Mikayıl Cabbarov teqi istifadə olunub
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV
- SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV
