Dəmir yollarının istiqaməti dəyişəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Ümidvaram ki, bir neçə ilə bu tamamlanacaq”.
Bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
“Biz həmçinin Cənub istiqamətində gedən dəmir yolunun istiqamətini dəyişməyi planlaşdırırıq. Çünki hazırda o, birbaşa Xəzər dənizinin sahilinə gedib çıxır. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan tranzit ölkə kimi istifadə etməyi planlaşdıranlardan aldığımız son məlumatdır. Ona görə də bizim bu həcmdə yükü nəql etmək imkanına sahib olan bir dəmir yolumuz olmalıdır. Ümidvarıq ki, bu marşrut boyunca çoxlu biznes fəaliyyəti olacaq, söhbət təkcə dəmir yolunun inşasından deyil, bütün vacib sənaye, ticari infrastrukturdan gedir və əlbəttə ki, dəmir yolları müasir standartlara uyğun inşa edilməlidir”, - deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
