Pleyeri seçin:

Dövlət qurumunda nələr aşkarlandı? - Hesablama Palatası faktları üzə çıxardı

31 iyul 2025 912 baxış

Hesablama Palatası Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlayıb.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası zamanı bir sıra hallarda Agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.

“Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis hazırlığı nəzərdə tutulmadığı halda, Turizm və Menecment Universiteti ilə Avstriyanın IMC KREMS Tətbiqi Elmlər Universiteti arasında IMC Transmilli proqramın tərtibi və həyata keçirilməsinə dair bağlanan müqavilələrə əsasən, 2021-2023-cü illərdə ümumilikdə 899,5 min manat büdcə vəsaiti ödənilib. Audit dövründə əhəmiyyətli sayda əməliyyatları əhatə edən 330 min manat məbləğində vəsaitlər vahid büdcə təsnifatının tələblərinə əməl edilməyərək funksional və iqtisadi təsnifatın paraqrafları üzrə xərclənməyib.

Qoruqları İdarəetmə Mərkəzinin müvafiq 4 qoruğunun ərazilərində toplanmış zibil, xəzəl, məişət tullantılarının yığılması, daşınması, ərazilərin süpürülməsi, ağacların əkilməsi, budanması və sair işlərin həyata keçirilməsi ilə bağlı satınalma müqavilələri bağlanılaraq həmin qurumların vəsaitləri hesabına aparılmalı olduğu halda Agentlik auditlə əhatə olunan dövr ərzində 835,5 min manat məbləğində vəsait ödəyib.

Agentlik “Azərbaycan Turizm Bürosu” və “Qoruqların İdarəetmə Mərkəzi”nə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18,5 milyon manat məbləğində büdcə vəsaitinin vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

İqtisadiyyat
17 sentyabr 2026 912 baxış
“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi keçirildi - Baku TV

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi keçirildi - Baku TV

İqtisadiyyat
17 sentyabr 2026 912 baxış
Sahibkarlar üçün yeni dəstək mexanizmi qüvvəyə mindi - Baku TV

Sahibkarlar üçün yeni dəstək mexanizmi qüvvəyə mindi - Baku TV

İqtisadiyyat
17 sentyabr 2026 912 baxış
Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir

Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir

İqtisadiyyat
16 sentyabr 2026 912 baxış
Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV

Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV

İqtisadiyyat
16 sentyabr 2026 912 baxış
Sahibkarlar üçün daha əlverişli və bərabər bazar şəraiti formalaşacaq - Baku TV

Sahibkarlar üçün daha əlverişli və bərabər bazar şəraiti formalaşacaq - Baku TV

İqtisadiyyat
15 sentyabr 2026 912 baxış
Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV

Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV

İqtisadiyyat
15 sentyabr 2026 912 baxış
Bank sektorunda böyük dəyişiklik | Say niyə azalır? - Baku TV

Bank sektorunda böyük dəyişiklik | Say niyə azalır? - Baku TV

İqtisadiyyat
13 sentyabr 2026 912 baxış
Kənd təsərrüfatı üzrə subsidiyalardan kimlər yararlana bilmir? - Baku TV

Kənd təsərrüfatı üzrə subsidiyalardan kimlər yararlana bilmir? - Baku TV

İqtisadiyyat
12 sentyabr 2026 912 baxış
SOCAR və TPAO arasında yeni mərhələ | Alparslan Bayraktardan açıqlama - Baku TV

SOCAR və TPAO arasında yeni mərhələ | Alparslan Bayraktardan açıqlama - Baku TV

İqtisadiyyat
12 sentyabr 2026 912 baxış
Seçilmişlər
icon