Enerji sektoru üçün önəmli nailiyyət | Təbii qaza qənaətlə bağlı detallar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda enerji səmərəliliyini və davamlılığını inkişaf etdirmək məqsədilə SOCAR və Almaniyanın Uniper şirkəti tərəfindən 2016-cı ildə təsis edilən SOCAR-Uniper birgə müəssisəsi ötən müddətdə mühüm nailiyyətlər əldə edib.
Bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, SOCAR-ın Sumqayıtdakı Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin modernləşdirilməsi sahəsində əməkdaşlıq məqsədilə yaradılan birgə müəssisə “Uniper” şirkətinin qabaqcıl enerji həllərindən istifadə etməklə təbii qaza əhəmiyyətli qənaət edilməsinə və emissiyaların azaldılmasına nail olur.
Həyata keçirilən tədbirlər nəticəsində Buxar Generator Kompleksinin enerji istehsal gücü 8-10 MVt-dan 65 MVt-a çatdırılıb, illik 3,1 milyon kubmetr təbii qaza qənaət olunması, illik 6,600 ton karbon və 7,8 ton azot oksidləri emissiyalarının, hər il atmosferə buraxılan 160 min ton buxarın azaldılması təmin edilib.
Həmçinin buxar qazanının gücü 450 ton/saata yüksələrək layihə gücünün 93%-nə çatdırılıb, 68% ümumi enerji səmərəliliyinə nail olunub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
- “Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
