İlham Əliyevin iştirakı ilə müşavirə keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlət başçısı müşavirədə çıxış edib. Bildirib ki, bu gün ölkəmizin büdcəsinin 36 milyard manatdan çox olması bizə həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və hərbi gücümüzü artırmağa imkan verir.
Prezident İlham Əliyev qeyd edib ki, qarşıya qoyulan hədəflərdən biri də xarici dövlət borcumuzun azaldılması ilə bağlı olub və artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.
Dövlət başçısı müşavirədə qarşıda duran digər məsələlərdən, Böyük Qayıdış proqramının icrasından, eləcə də regionda gedən proseslərdən və Ermənistanla davam etdirilən sülh danışıqlarından da söhbət açıb. Sonra müşavirə müzakirələrlə davam edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
