İsrailin yeni səfiri SOCAR-la əməkdaşlıq barədə nələri açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası yaxın vaxtlarda keçirilə bilər.
Bu barədə "Report"a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib.
Onun sözlərinə görə, Hökumətlərarası Komissiya iqtisadi əməkdaşlığın ən vacib mexanizmidir.
O, nümunələrdən biri kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İsrail arasında İsraildəki "Tamar" qaz yatağının işlənməsi layihəsində 10% payın alınması haqqında sazişi qeyd edib. Səfir bu layihəni yüksək qiymətləndirib və onun iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa böyük töhfə verdiyini bildirib.
Səfir həmçinin iki ölkənin "yaşıl enerji" məsələlərində əməkdaşlığının mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, İsrail günəş enerjisi sahəsində texnologiyalara malikdir.
Diplomat bildirib ki, ölkə öz təcrübəsini bölüşməyə və azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq imkanlarını araşdırmağa şad olacaq.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
