Maliyyə Nazirliyi büdcə proqnozlarını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan iqtisadiyyatında növbəti mərhələ: 2026-cı ilin büdcə zərfi açıqlandı! Baku TV-nin təqdim etdiyi xüsusi süjetdə Maliyyə Nazirliyinin növbəti il üçün dövlət və icmal büdcəsi üzrə ilkin proqnozları təhlil olunur. Məlumata görə, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat səviyyəsində proqnozlaşdırılır. Büdcənin əsas prioritetləri sırasında müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, habelə sosial öhdəliklərin tam yerinə yetirilməsi dayanır. Qeyri-neft sektorundan daxilolmaların artması fonunda Neft Fondundan transfertlərin azaldılması iqtisadiyyatın neft asılılığının minimuma endirilməsi yolunda mühüm addım kimi qiymətləndirilir. Pensiya və maaş artımları, neftin büdcə qiyməti və iqtisadi artım proqnozları barədə bütün detallar Baku TV-də.
#Azərbaycan Respublikasının Maliyyə Nazirliyi teqi istifadə olunub
- Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV
- 900 milyonluq dividend proqnozu
- Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV
- Dövlət maliyyə idarəçiliyində yüksək nəticə hansı amillərin hesabına əldə edilir? - Baku TV
- Maliyyə Nazirliyində borclanmaya gedilməsinin səbəbi nədir? - Büdcədə profisit olsa da... - Baku TV
