Pleyeri seçin:

Mərkəzi Bankdan manatın dəyəri ilə bağlı mühüm açıqlama

30 avqust 2023 132 baxış

Son dövrlər rus rublu və türk lirəsinin ucuzlaşması manatın məzənnəsi ilə bağlı narahatlığı artırıb.

Artıq sosial şəbəkələrdə milli valyutanın da dəyərini itirəcəyi ilə bağlı iddialar yayılır. Həmçinin avqustda keçirilən hərraclarda iyul ayına nisbətən xarici valyutaya tələbatın artdığı müşahidə olunur.

Bu halda sual yaranır, manat da ucuzlaşa bilər?

İqtisadçı Xalid Kərimli enerji qiymətlərinin yüksək olduğunu və tədiyyə balansında 6 milyard dollar profisitin yarandığını vurğulayaraq bunun manatın məzənnəsinin sabit saxlamağa imkan verdiyini qeyd edib. Bildirib ki, manatın ucuzlaşması ikirəqəmli olan inflyasiyanı daha da artıra bilər. Ekspert həmçinin qeyd edib ki, hazırda manatın devalvasiyası hökumətin və Mərkəzi Bankın planlarına daxil deyil.

Mərkəzi Bank da manat üçün təhlükə görmür. Qurumdan bildirilib ki, Türkiyə və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları olsa da, bu ölkələrin milli valyutalarında müşahidə olunan yüksək dəyişkənlik daxili valyuta bazarına və manata mənfi təsir etmir. Vurğulanıb ki, valyuta bazarında vəziyyət əsasən cari əməliyyatlar balansından təsirlənir. Cari əməliyyatlar balansı isə son 3 ildə ardıcıl profisitli olub və ilin sonuna qədər bunun dəyişməyəcəyi gözlənilir.

Qeyd edilib ki, valyuta bazarındakı vəziyyət Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarının nəticələrindən də aydın olur. Belə ki, ilin əvvəlində keçirilən hərracların 98 faizində təklif tələbi üstələyib. Bu səbəbdən manatın üzərində heç bir ucuzlaşma təzyiq müşahidə olunmur.

Banner
SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 132 baxış
İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 132 baxış
SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 132 baxış
Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 132 baxış
SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 132 baxış
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 132 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 132 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 132 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 132 baxış
Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 132 baxış
Seçilmişlər
icon