SOCAR BMT-nin proqramına qoşulacaq | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti hədəflərini elan etdikdən sonra Birləşmiş Millətlər Təşkilatının Neft və Qaz Metan Tərəfdaşlığı 2.0 proqramına qoşulmaq niyyətindədir və bu, yaxın zamanda baş verəcək.
Bunu SOCAR-ın Ətraf mühitlə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən Forumda "Yaşıl Dünya Naminə Həmrəylik ili"ndə media gündəmi adlı paneldə deyib.
O bildirib ki, 100-dən çox neft-qaz şirkəti OGMP 2.0 proqramına üzvdür və bu proqram həmin neft-qaz şirkətlərindən hər il hesabat toplayaraq açıq mənbələrdə dərc edir:
“Öz hədəflərini elan edən neft-qaz şirkətləri maraqlıdırlar ki, OGMP 2.0-ın üzvü kimi nailiyyətlərini, emissiyaların azaldılması haqqında hesabatlarını, məlumatlarını şəffaf formada həmin proqrama təqdim etsinlər.
Bundan əlavə, 2027-ci ildə Avropa İttifaqında metanla bağlı qanunun qəbul edilməsi gözlənilir. Qanun Avropaya məhsul ixrac edən şirkətlərdən hesabatlarını tam şəffaf həyata keçirmələrini, OGMP 2.0-a üzvü olmalarını, hesabat vermək prosesindən keçmələrini tələb edir”.
M.Qurbanlı qeyd edib ki, SOCAR proqrama qoşulmaqla həm də gələcəkdə bu kimi risklərin qarşısını alır.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
