SOCAR-ın idarə rəisi beynəlxalq konfransda çıxış edib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti iqlim dəyişikliklərinə, xüsusilə metan emissiyaları məsələsinə ciddi yanaşır.
Bunu SOCAR-ın Ekoloji Məlumatların Açıqlanması və Yaşıl Təşəbbüslər İdarəsinin rəisi Mustafa Qurbanlı Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən "Metan Azaldılması üçün Birgə Fəaliyyət: Kənd Təsərrüfatı, Enerji və Tullantı Həlləri" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, metan emissiyalarının qarşısının alınması tək bir qurumun səyləri ilə mümkün deyil. SOCAR beynəlxalq təşəbbüslərə qoşulub və onlardan birinin həmtəsisçisidir. Şirkətin təsis etdiyi platformaya çoxsaylı beynəlxalq təşkilatlar və ölkələr qoşulub. Qısa və ortamüddətli hədəflərə nail olunması mütəmadi hesabatlarla nümayiş etdirilir.
Mustafa Qurbanlı qeyd edib ki, beynəlxalq təşəbbüslərlə yanaşı, regional əməkdaşlığın inkişafına da xüsusi önəm verilir. Bu yanaşma ortaq problemlərin həlli üçün regionda fəaliyyət göstərən şirkətlərlə daha sıx əməkdaşlıq etməyə imkan yaradır.
"Biz heç kimi geridə qoymamaq fəlsəfəsi ilə fəaliyyət göstəririk. Emissiyaların azaldılması prosesi yalnız bizim şirkətin deyil, bütün tərəfdaşların birgə məsuliyyətidir. 2050-ci ilə qədər müəyyən edilmiş hədəflərə çata biləcəyimizə əminik", – deyə o bildirib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
