SOCAR-ın Rumıniya ilə müqaviləsi davam edəcək? - İclas keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR Rumıniya ilə qaz tədarükünə dair imzaladığı müqavilənin müddətinin 2026-cı ilədək uzadılmasına hazırdır.
Bu barədə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.
Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq SOCAR bu ölkəyə illik 1 milyard kubmetr qaz tədarük edib. 2024-cü ilin martın 31-də müqavilənin müddəti bitib.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, son üç ildə şirkət 800 milyon ABŞ dolları dəyərində 1,2 milyon ton neft məhsulları ixrac edib.
Həmçinin “SOCAR Türkiyə” Rumıniyaya 1,1 milyard ABŞ dolları dəyərində 1,1 milyon ton neft məhsulları, 33 min ton kimya məhsulları, “SOCAR Trading” isə bu ölkəyə 600 milyon ABŞ dolları dəyərində təxminən 700 min ton neft məhsulları tədarük edib.
O billdirib ki, SOCAR-ın Rumıniyada 74 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Həmçinin “SOCAR Romania”da 777 işçi çalışır və bu ölkədə infrastrukturun yaradılmasına 70 milyon avro sərmayə qoyulub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
- “Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
