SOCAR və “Qazprom” qaz sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 7-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerlə Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf arasında işgüzar görüş keçirilib. Bu barədə “Qazprom” məlumat verib.
Tərəflər qaz sahəsində əməkdaşlığın inkişafı və perspektivlərini nəzərdən keçiriblər. Qlobal enerji bazarındakı vəziyyətə xüsusi diqqət yetirilib.
Aleksey Miller qeyd edib ki, “Qazprom”un rəsmi statistikasına əsaslanan hesablamalarına görə, 2023-cü ildə dünyada qaz istehlakı 15 milyard kubmetr artıb, 2024-cü ilin əvvəlindən isə istehlak artımı sürətlənib.
“Təbii qazın qlobal enerji bazarındakı rolu hər hansı real enerji inkişafı ssenarisi altında artmağa davam edəcək, o etibarlılıq, istifadə asanlığı, iqtisadi səmərəlilik və ekoloji faydaların birləşməsinə görə ən cəlbedici enerji mənbəyi olaraq qalacaq”, – deyə qurumun məlumatında vurğulanıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR, BP və İsrailin daxil olduğu konsorsium Aralıq dənizində seysmik tədqiqatları başa çatdırıb
- Sənəd seysmoloji məlumatların emalı sahəsində əməkdaşlığı nəzərdə tutur - Baku TV
- “Star” NEZ illik nə qədər xam neft emalı gücünə malikdir? - Baku TV
- STAR neft zavodu sentyabrda nə qədər aviasiya yanacağı istehsal edib? - Baku TV
- SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib - Baku TV
