Pleyeri seçin:

TANAP ilə Azərbaycandan Avropaya qazın nəqli nə qədər artdı?

28 avqust 2025 696 baxış

Trans-Anadolu Qaz Boru Kəməri, yəni TANAP ilə Avropaya nəql edilən Azərbaycan qazının ümumi həcmi 50 milyard kubmetrə çatıb.

Bu barədə “SOCAR Türkiye” şirkəti məlumat yayıb.

Bildirilir ki, Azərbaycandan Avropaya uzanan enerji körpüsündə tarixi mərhələyə qədəm qoyulub. TANAP vasitəsilə Avropaya tədarük edilən təbii qazın miqdarı 50 milyard kubmetrə çatıb.

Qeyd edək ki, TANAP boru kəməri 2018-ci ildə istismara verilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1793 kilometrlik kəmər Türkiyə ərazisindən keçərək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı qardaş ölkəyə və Avropa istehlakçılarına çatdırır. Kəmər eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir.

TANAP Türkiyənin Ərdəhan vilayətinin Posof qəsəbəsindəki Türkgözü kəndindən başlayaraq, Ədirnə də daxil olmaqla 20 vilayətdən keçir. Kəmər Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşir. 

Banner
SOCAR, BP və İsrailin daxil olduğu konsorsium Aralıq dənizində seysmik tədqiqatları başa çatdırıb

SOCAR, BP və İsrailin daxil olduğu konsorsium Aralıq dənizində seysmik tədqiqatları başa çatdırıb

İqtisadiyyat
21 noyabr 2026 696 baxış
Sənəd seysmoloji məlumatların emalı sahəsində əməkdaşlığı nəzərdə tutur - Baku TV

Sənəd seysmoloji məlumatların emalı sahəsində əməkdaşlığı nəzərdə tutur - Baku TV

İqtisadiyyat
21 noyabr 2026 696 baxış
“Star” NEZ illik nə qədər xam neft emalı gücünə malikdir? - Baku TV

“Star” NEZ illik nə qədər xam neft emalı gücünə malikdir? - Baku TV

İqtisadiyyat
21 noyabr 2026 696 baxış
STAR neft zavodu sentyabrda nə qədər aviasiya yanacağı istehsal edib? - Baku TV

STAR neft zavodu sentyabrda nə qədər aviasiya yanacağı istehsal edib? - Baku TV

İqtisadiyyat
19 noyabr 2026 696 baxış
“Bu məhsullara tələbat aşağı düşüb” | İnflyasiya tempində səngimə nə ilə əlaqədardır? - Baku TV

“Bu məhsullara tələbat aşağı düşüb” | İnflyasiya tempində səngimə nə ilə əlaqədardır? - Baku TV

İqtisadiyyat
19 noyabr 2026 696 baxış
AMB-dən xəbərdarlıq: Avrozonada qəfil itki riski niyə artıb? - Baku TV CANLI

AMB-dən xəbərdarlıq: Avrozonada qəfil itki riski niyə artıb? - Baku TV CANLI

İqtisadiyyat
19 noyabr 2026 696 baxış
24 faizlik eniş və milyardlarla zərər | Məşhur rəhbərin gizli eşqi texnologiya nəhəngini çökdürür?

24 faizlik eniş və milyardlarla zərər | Məşhur rəhbərin gizli eşqi texnologiya nəhəngini çökdürür?

İqtisadiyyat
18 noyabr 2026 696 baxış
Azərbaycanda yanacaqdoldurma stansiyalarının ərazilərində yeni restoranlar açılacaq - Baku TV

Azərbaycanda yanacaqdoldurma stansiyalarının ərazilərində yeni restoranlar açılacaq - Baku TV

İqtisadiyyat
18 noyabr 2026 696 baxış
Daşınmaz əmlakın sığortalanmasında vacib yenilik | İqtisadçı məsələni şərh etdi - Baku TV

Daşınmaz əmlakın sığortalanmasında vacib yenilik | İqtisadçı məsələni şərh etdi - Baku TV

İqtisadiyyat
18 noyabr 2026 696 baxış
SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib - Baku TV

SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib - Baku TV

İqtisadiyyat
18 noyabr 2026 696 baxış
Seçilmişlər
icon