Pleyeri seçin:
TAP kəməri vasitəsilə tədarük imkanları genişləndiriləcək
Azərbaycandan Avropaya TAP-Trans-Adriatik Boru Kəməri ilə 2020-ci ilin dekabrın 31-dən 2024-cü ilin may ayının 1-dək 35 milyard kubmetrdən çox təbii qaz ixrac edilib.
Bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, kəmər vasitəsilə qaz Yunanıstan, Bolqarıstan, İtaliya, Macarıstan, Rumıniya və Serbiyaya çatdırılıb.
TAP-ın ümumi uzunluğu 880,8 kilometrdir. Qaz kəmərinin marşrutu və dizaynı gələcəkdə qazın Cənub-Şərqi, Mərkəzi və Qərbi Avropanın müxtəlif istiqamətlərinə tədarük edilməsinə imkan verəcək.
Kəmərin səhmdarlarından biri də Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət İqtisadiyyat Nazirliyi və SOCAR-ın təsisçiliyi ilə yaradılıb. Onun adından layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.
Kopyalandı
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı yataqları üzrə yeni şirkət təsis edildi - Baku TV
- SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV
- SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV
- ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV
- SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV
