Ulu Öndərin Azərbaycanın inkişafı üçün gördüyü işlər
Yeniliklərdən dərhal xəbərdar olun
“1993-cü ildən 2003-cü ilədək olan on il ərzində Heydər Əliyevin həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı deyib.
Spiker qeyd edib ki, ulu öndərin xilaskarlıq missiyasında ilk addımı ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin, terror və dövlət çevrilişi cəhdlərinin qarşısını almaq olub.
“Ölkədə möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsi Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı. Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi”, – deyə S.Qafarova əlavə edib.
#Heydər Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV
- "Heydər Əliyev tapşırıq vermişdi ki..." | "Bir səfərin izi ilə - Gürcüstan" filmi - Baku TV
- "Haber Global" Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı süjet yayımladı - Baku TV
- Milli Qurtuluşun siyasi anatomiyası: xaosdan idarə olunan dövlətə keçid - AKTUAL GÜNDƏM
- Azərbaycanda iqtisadi dinamika | ABŞ-Azərbaycan tərəfdaşlığında yeni mərhələ - YENİ BİR SƏHƏR
