Yaşıl inkişaf portalının təqdimat mərasimi | Mikayıl Cabbarov tədbirdə çıxış etdi
“COP29 çərçivəsində “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi bizim üçün ən vacib praktiki təşəbbüslərdən biridir. Bu təşəbbüs COP29 sədrliyinin irəli sürdüyü iqlim maliyyəsi ilə bağlı təşəbbüslərdən biridir. Biz onları İqlim Maliyyəsi ilə bağlı Bakı təşəbbüsləri (BİCFİT) adlandırırıq”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi il bağlı keçirilən tədbirdə deyib.
“Əgər biz investisiya yatırırıqsa, hansısa ticarət tranzaksiyası keçirilsə, öz iqtisadi siyasətimizə iqlim maliyyəsini daxil etmiriksə, çox güman ki, harada olmaq istədiyimizə nail ola bilmərik. Bu məsələlər koordinasiyalı şəkildə aparılmalıdır. Dünən bununla bağlı təşəbbüs irəli sürülüb”, – deyə nazir qeyd edib.
M.Cabbarov bildirib ki, bu portal hamı üçün əlçatan olacaq: “Düşünürəm ki, bu, çox vacib məqamdır. Onların içərisində özəl sektor, hökumət nümayəndələri, maliyyə institutları var. Biz inklüzivliyin gücünə inanırıq. Mən bu təşəbbüsü dəstəklədiyinə görə SOCAR-a təşəkkür edirəm. SOCAR bu təşəbbüsə öz töhfəsini verib. Mən həmçinin Harvard Universiteti rəhbərliyinin Azərbaycan iqtisadiyyatını şaxələndirmə sahəsində bizimlə birgə əməkdaşlığını təqdir edirəm”.
#Mikayıl Cabbarov teqi istifadə olunub
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV
- SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV
