Yaxşı gəlir üçün nələrə yatırım etmək sərfəlidir?
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin əvvəli ilə müqayisədə iyunda əhalinin banklardakı əmanətlərinin məbləği 4 faizə qədər artıb.
Belə ki, yanvarda maliyyə qurumlarının cəlb etdiyi vəsaitin həcmi 11 milyard 686 milyon manat idisə, 5 ay sonra bu rəqəm 12 milyard 143 milyon olub. Halbuki banklardakı əmanətlərin gəlir hissəsindən vergi tutulması 7 ildən sonra bərpa edildi və bu da birmənalı qarşılanmadı. Çünki ekspertlər belə vəziyyətdə maliyyə qurumlarının əmanət cəlbində çətinliklər yaranacağını bildirmişdilər.
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, əgər bu vergi tətbiq edilməsəydi, əmanətlərin artımında daha çox irəliləyiş görmək olardı:
“Bunun birinci səbəbi digər istiqamətlərə investisiya həcmlərinin məhdud olması, ikinci səbəbi isə manata güvənin getdikcə artmasıdır ki, Mərkəzi Bankın, ümumiyyətlə, hökumətin makroiqtisadi tarazlığı qorumaq üçün manatın məzənnə stabilliyinə üstünlüyün verilməsi nəticədə manata olan inamı artırmış, insanlar manatda əmanətlərini banklara etibar etməkdədir”.
Ekspert Xalid Kərimli bildirib ki, hazırda bank depozitlərinin investisiyasına alternativ istiqamət Azərbaycanda azdır:
“Tutaq ki, Azərbaycan vətəndaşı 8, 9, 10 faizlə investisiya qoyurdu, indi onun faiz gəlirləri vergiyə cəlb ediləndə burada həmin gəlirin 1 faizi azalacaq. Əvvəlki 9 faizlik qazancı 8 faizə düşəcək. Amma yenə də həmin investisiya alətinin riskliliyinə uyğun olaraq yüksək faiz gəliri təqdim edəcək alternativ instrument Azərbaycan bazarında yoxdur. Ona görə də vətəndaşlar vergi tutulmasına, faktiki xalis gəlirlərinin azalmasına baxmayaraq, yenə də depozitlərə investisiya etməyə davam etdilər. Çünki burada həm də sığorta mexanizmi mövcuddur”.
Əhalinin banka əmanət qoymaqda maraqlı olması həm də onun dövlət tərəfindən sığortalanması ilə bağlıdır. Belə ki, fərdi şəxslərin maliyyə qurumlarına yerləşdirdiyi vəsaitin 100 min manatadək hissəsi bank bağlanacağı təqdirdə geri qaytarılır. Üstəlik, əgər vətəndaşın əlində 500 min manat varsa, bunu 5 hissəyə bölüb, müxtəlif banklara sığortalı formada tam yerləşdirə bilər. Ancaq burada daha bir sual yaranır. Vətəndaş vəsaitini gəlir əldə etmək üçün bankda yerləşdirməkdən başqa daha hansı formada gəlir mənbəyinə çevirə bilər?
#Mərkəzi Bank teqi istifadə olunub
- Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
- İstehlak kreditlərinə tələbat artıb | Rəqəmlər 10 milyardı keçib - Baku TV
- Problemli kreditlərin artması nə ilə bağlıdır? | Ekspertlərdən açıqlama - Baku TV
