Yeni tərəfdaşlıq SOCAR-ın ABŞ-də fəaliyyət dairəsini nə qədər genişləndirə bilər? - Baku TV
"Comstock Resources" şirkəti ilə tərəfdaşlıq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ABŞ-də fəaliyyətinin genişləndirilməsi və biznes portfelinin şaxələndirilməsi baxımından yeni imkanlar yaradır.
Bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.
O, sentyabrın 25-də II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində ABŞ-nin "Comstock Resources" şirkətinin prezidenti və baş maliyyə direktoru Roland O. Burns ilə görüşüb.
SOCAR-ın prezidenti bildirib ki, görüşdə bu yaxınlarda strateji tərəfdaşlıq üzrə Niyyət Məktubunun imzalanmasından məmnunluq ifadə edilib. Qeyd edib ki, sənəddən irəli gələn əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Rövşən Nəcəf vurğulayıb ki, bu tərəfdaşlıq SOCAR-ın ABŞ enerji bazarında fəaliyyətinin genişləndirilməsi və biznes portfelinin şaxələndirilməsi baxımından yeni imkanlar yaradır. SOCAR-ın beynəlxalq təcrübəsi ilə "Comstock Resources"un güclü aktiv bazasının bir araya gəlməsi uzunmüddətli dəyərin yaradılması və rəqabət qabiliyyətinin gücləndirilməsi üçün möhkəm zəmin formalaşdıracaq.
#Comstock Resources teqi istifadə olunub
