Pleyeri seçin:
Forum iştirakçısı Azərbaycanın geostrateji imkanlarını önə çəkdi - Baku TV
“Biz xəstəxanalar üçün proqram təminatı hazırlayırıq. Ona görə, bəlkə də, fəaliyyət sahəmiz bu tədbirin mövzusundan bir qədər kənardır. Amma burada yeni əlaqələr qurmaq və dostlarla görüşmək üçün yaxşı imkan görürəm”.
Bu sözləri “GPI Italy”nin nümayəndəsi Giulio Bertini II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Baku TV-yə müsahibəsində deyib.
“Azərbaycana ilk dəfə gəlmirəm. Bu ölkənin çox sürətli inkişafını müşahidə edirəm və Azərbaycanın Avropa ilə Asiya arasında bir mərkəz kimi strateji mövqeyini və sənayenin burada oynadığı rolu yüksək qiymətləndirirəm. Eyni zamanda rəqəmsal transformasiya yatırımlarının da artdığını görürəm. Bu isə bizim kimi şirkətlər üçün çox maraqlıdır”, – deyə o bildirib.
Kopyalandı
