Pleyeri seçin:
"Arzu edirəm ki, hər kəs buraya gəlsin" | İsveçrəli memar ölkəmizdəki imkanları belə qiymətləndirdi
Hazırda Azərbaycanda çox maraqlı bir proses gedir. Azərbaycanın böyük inkişaf potensialı var. Düşünürəm ki, bu investisiyaları məhz Azərbaycana cəlb etmək və ölkəni insanların yaşaması üçün rahat və əlverişli məkana çevirmək baxımından doğru zamandır.
Bunu isveçrəli memar Tomas Kovari II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı təəssüratlarını Baku TV-yə bölüşərkən deyib.
“Azərbaycan çox gözəl ölkədir. Bakı isə canlı və dinamik şəhərdir. Arzu edirəm ki, hər kəs bura gəlsin və bizim burada yaşadığımız təcrübəni özləri də yaşasın”, – deyə o bildirib.
Kopyalandı
