Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

29 dekabr 2025 885 baxış

Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Azərbaycanın aparıcı media qurumlarından biri olan Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi ölkəmizin ən nüfuzlu audiovizual mükafatlarından biri olan “Qızıl Pəri 2025” Kino Mükafatına layiq görülüb.

Ekran əsəri rejissor İman Məcidov tərəfindən ərsəyə gətirilib. “Qızıl Pəri 2025” Kino Mükafatının qalibləri 28 dekabr tarixində keçirilən rəsmi təqdimat mərasimində elan olunub və mərasim çərçivəsində “Ocaqov dünyası” filmi “Kino haqqında kino” nominasiyasında qalib seçilib.

Qeyd edək ki, “Qızıl Pəri” Peşə Mükafatı Azərbaycan Kino Akademiyası, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Aktyorlar Gildiyası və Azərbaycan Prodüserlər Gildiyası-nın dəstəyi ilə təşkil olunur. Bu mükafat Azərbaycan kino və televiziya sənayesində yaradıcı peşəkarlığın ən yüksək göstəricilərindən biri hesab edilir.

Bu il müsabiqəyə ümumilikdə 420 film təqdim olunmuşdu. Peşəkar münsiflər heyətinin qərarı ilə “Ocaqov dünyası” filminin qalib seçilməsi Baku TV-nin sənədli kino sahəsində ardıcıl, sistemli və peşəkar fəaliyyətinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.

Baku TV milli kino irsinin qorunması, sənədli film istehsalının inkişafı və cəmiyyət üçün əhəmiyyətli mövzuların yüksək peşəkarlıqla təqdim olunması istiqamətində fəaliyyətini davam etdirir.

Kopyalandı
“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

Press reliz
04 sentyabr 2026 885 baxış
Baku TV-dən 4 milyardlıq rekord!

Baku TV-dən 4 milyardlıq rekord!

Press reliz
01 sentyabr 2026 885 baxış
Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Press reliz
21 avqust 2026 885 baxış
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 iyul 2026 885 baxış
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 may 2026 885 baxış
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 aprel 2026 885 baxış
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 aprel 2026 885 baxış
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 aprel 2026 885 baxış
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 mart 2026 885 baxış
Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Press reliz
18 fevral 2026 885 baxış
Seçilmişlər
icon