GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23 iyul 2026 17 baxış

“GL Group” və “Baker Hughes” şirkətləri arasında strateji əlaqələrin möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq üçün çərçivənin yaradılmasına yönəlmiş beşillik Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalanıb.

Əməkdaşlıq şirkətlərə hər bir tərəfin təcrübə, imkan və texnoloji ekspertizasından faydalanaraq qarşılıqlı faydalı imkanları araşdırmağa şərait yaradacaq. Əməkdaşlığın “GL Group”un əməliyyat səmərəliliyinin artırılmasına, texniki potensialının inkişafına, qabaqcıl texnologiyalara çıxışının genişləndirilməsinə və Azərbaycanda uzunmüddətli inkişafına töhfə verəcəyi gözlənilir.

“Bu saziş “Baker Hughes” ilə tərəfdaşlığımızın möhkəmləndirilməsi və “GL Group”un uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addımdır”, – deyə “GL Group”un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov bildirib. “Bu tərəfdaşlıq bizim qlobal imkanlara, qabaqcıl texnologiyalara və əməliyyat mükəmməlliyinə çıxışımızı təmin edir. Bunlar davamlı inkişafımızı və uzunmüddətli uğurumuzu dəstəkləyəcək əsas amillərdir”, – deyə o qeyd edib.

“Baker Hughes” bütün dünyada əməliyyat göstəricilərini yaxşılaşdıran, səmərəliliyi artıran və riskləri azaldan texnologiyalara davamlı olaraq sərmayə yatırır”, deyə “Baker Hughes” şirkətinin Baş Vitse-prezidenti Cim Seşns bildirib. “Bu strateji əməkdaşlıq çərçivəsində məqsədimiz GL Group-un enerji aktivlərinin, eləcə də bütövlükdə regionun enerji sektorunun dəyərini maksimum dərəcədə artıracaq innovativ texnoloji həllər hazırlamaq və tətbiq etməkdir”, – deyə o əlavə edib.

“GL Group” haqqında

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala" və "Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksəkperspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

Tarixi nailiyyət: GL Group ABŞ-də 4 neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

Tarixi nailiyyət: GL Group ABŞ-də 4 neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

Press reliz
23 iyul 2026 17 baxış
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 iyul 2026 17 baxış
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 may 2026 17 baxış
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 aprel 2026 17 baxış
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 aprel 2026 17 baxış
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 aprel 2026 17 baxış
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 mart 2026 17 baxış
Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Press reliz
18 fevral 2026 17 baxış
Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Press reliz
30 dekabr 2025 17 baxış
Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Press reliz
29 dekabr 2025 17 baxış
Seçilmişlər
icon