“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Global Media Group-a daxil olan media subyektlərinin rəhbər və jurnalist heyətindən ümumilikdə 55 nəfər “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.
Yubiley medalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin bariz ifadəsi olaraq, dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.
Cənab Prezidentin imzaladığı bu Fərman Azərbaycan milli mətbuatının 150 illik şərəfli yoluna dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının, söz və informasiya azadlığının inkişafına verilən mühüm töhfənin növbəti təzahürüdür.
Qeyd edək ki, “Global Media Group” üzrə yubiley medalı ilə təltif olunan əməkdaşlar aşağıdakı media qurumlarını təmsil edirlər:
Baku TV – 10 nəfər
Report İnformasiya Agentliyi – 14 nəfər
Oxu.az – 9 nəfər
Baku.ws – 5 nəfər
Caliber.az – 6 nəfər
Media.az – 1 nəfər
“Kaspi” qəzetinin Azərbaycan redaksiyası – 4 nəfər
“Каспий” qəzetinin rus redaksiyası – 3 nəfər
Photostock.az foto agentliyi – 1 nəfər
Global Media Group kollektivi göstərilən bu yüksək dövlət diqqəti və etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirir və bundan sonra da milli mətbuatın inkişafına, cəmiyyətin operativ və etibarlı informasiya ilə təmin olunmasına töhfə vermək istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəyini bəyan edir.
#Global Media Group teqi istifadə olunub
- "Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV
- ”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV
- “Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
- "Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV
- Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV
