Выбрать плеер:

10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkiblər, yardımdan imtina ediblər" - Baku TV

23 апреля 2026 181 просмотров

Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan Abdullayevlər ailəsinin 10 övladı şəraitsiz və darısqal evdə böyüyür.

2010-cu ildə ailə quran cütlüyün bu müddət ərzində 10 övladı dünyaya gəlib.

Ailənin ən kiçik övladı 2, ən böyüyü isə 15 yaşındadır. Ailənin əsas dolanışıq mənbəyi əvvəllər dövlət tərəfindən verilən sosial müavinət olub. Lakin hazırda bu müavinətin müddətinin uzadılmasına imtina verilib.

Əflan Abdullayevin sözlərinə görə, sənədlər 2 mart tarixində təqdim olunub: “Dəfələrlə zəng etdikdə bizə bayram günləri ilə əlaqədar gecikmə olduğu deyildi. Sonradan sənədlərin qaydasında olduğu, baxışsız təyinat veriləcəyi bildirildi. Aprelin 19-da isə imtina mesajı aldıq. Səbəb kimi evə baxışın keçirilə bilməməsi göstərilib. Halbuki biz evdə idik. Gəlib qapının şəklini çəkib əlaqə saxlaya bilmədiklərini qeyd ediblər”.

Əflan Abdullayev maddi vəziyyətlərinin ağır olduğunu, 10 uşağın xərclərinin qarşılanmasının çətinləşdiyini bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Salyan rayon sakini Abdullayev Əflan Əzizxan oğlunun ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti 2026-cı il martın 2-də olub. Bununla əlaqədar qanunvericiliyin tələblərinə əsasən, aidiyyəti üzrə əməkdaşlar ailənin maddi-məişət şəraitinin araşdırılması üçün ünvana getsələr də, ailə bunun üçün şərait yaratmayıb. Daha doğrusu, ərizə-bəyannamədə qeyd edilən ünvanda olan əməkdaşlara qapını açan olmayıb və təmsilçi ilə əlaqə yaratmağa cəhd edilsə də, telefon nömrəsinə zəng çatmayıb. Bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun qaydada ailənin sosial yardımla bağlı müraciətinə imtina verilib.

Qeyd edək ki, təmsilçinin həyat yoldaşı Abdullayeva Gülşən Asif qızına hazırda Fond tərəfindən 5-dən çox uşağı olan qadın kimi 1400 manat məbləğində müavinət ödənilir.

Скопировано
Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Cəmiyyət
16 июня 2026 181 просмотров
Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Cəmiyyət
15 июня 2026 181 просмотров
Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Cəmiyyət
15 июня 2026 181 просмотров
"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

Cəmiyyət
15 июня 2026 181 просмотров
Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Cəmiyyət
15 июня 2026 181 просмотров
Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Cəmiyyət
15 июня 2026 181 просмотров
"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

Cəmiyyət
15 июня 2026 181 просмотров
İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

Cəmiyyət
15 июня 2026 181 просмотров
Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Cəmiyyət
15 июня 2026 181 просмотров
Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Cəmiyyət
14 июня 2026 181 просмотров
Выбранные
icon