Выбрать плеер:

Kiyevdə azərbaycanlıların yaşadığı dəhşət | Bina raketlərlə vuruldu - Baku TV

14 июня 2026 57 просмотров

Son günlər Ukraynada yenidən alovlanan müharibə səbəbindən ölkədə yaşayan azərbaycanlılar da zərər görür.

Həmyerlilərimiz Ukraynanın müxtəlif vilayətlərində və xüsusilə paytaxt Kiyevdə davam edən hava zərbələrinin təsirini yaşayırlar.

Son hücumlar zamanı Kiyevdə yaşayan azərbaycanlılar baş verən partlayışların yaratdığı vəziyyəti belə təsvir ediblər.

“Bu mənim maşınımdır, deşik-deşik olub. Gecə saat təxminən üç idi. Birdən güclü bir partlayış səsi eşitdim. Birinci zərbə yaxınlıqdakı binaya düşdü, sonra digər tərəflərə də zərbələr endirildi. Şiddətli partlayış oldu. Daha sonra maşını götürüb təhlükəsiz yerə aparmaq istədim, çünki ərazidə atışma başlamışdı. Başımın üzərində, təxminən 15-20 metr hündürlükdə yenidən güclü partlayış səsi eşitdim. Özümü itirmişdim. Prospekt boyu benzin axırdı, bütün maşınlardan yanacaq sızırdı. Binalardan biri yanırdı. Hamı qorxu içində idi, işıqlar söndürülmüşdü, hər tərəfdə xaos vardı”, – Kiyev sakini İlyas Talıbov deyib.

Digər sakin Elşad Şahmərdanov isə bildirib:

“Mən uzun müddətdir bu ərazidə yaşayıram. Burada müharibə başlayan gündən etibarən mütəmadi olaraq raket və uzunmənzilli dron hücumları olur. Raketlərdən biri evin içinə düşdü və içəridə partladı. Həmin hadisə zamanı bir jurnalist qadın həyatını itirdi. Biz xoşbəxtlikdən o gün evdə deyildik”.

Скопировано
Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Cəmiyyət
16 июня 2026 57 просмотров
Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Cəmiyyət
15 июня 2026 57 просмотров
Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Cəmiyyət
15 июня 2026 57 просмотров
"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

Cəmiyyət
15 июня 2026 57 просмотров
Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Cəmiyyət
15 июня 2026 57 просмотров
Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Cəmiyyət
15 июня 2026 57 просмотров
"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

Cəmiyyət
15 июня 2026 57 просмотров
İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

Cəmiyyət
15 июня 2026 57 просмотров
Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Cəmiyyət
15 июня 2026 57 просмотров
Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Cəmiyyət
14 июня 2026 57 просмотров
Выбранные
icon