"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV
“Bu milli davanın iştirakçısı olduğum üçün qürur duyuram. Eləcə də atamın qisasını almağın qürurunu yaşayıram”.
Bu sözləri Baku TV-yə müsahibəsində İkinci Qarabağ müharibəsi qazisi Polad Rzayev deyib.
“Atam Birinci Qarabağ müharibəsinin aktiv iştirakçısı və Şuşa şəhərinin müdafiəsi zamanı şəhadətə ucalmış biridir. Kiçik yaşlarımdan atamın dostları və döyüş yoldaşları tərəfindən onun müharibədə göstərdiyi qəhrəmanlıq, həyat hekayəsi ilə böyümüşəm. Sentyabrın 27-dən başlayaraq Kəlbəcər istiqamətindən döyüşə girdik. Oktyabr ayının 19-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə düşmənin öncədən qurduğu minaya düşərək yaralandım və hər iki ayağımı itirdim. Qarabağın işğaldan azad olunması həyatımızın mənası, əsas məqsədimiz idi”, – deyə o bildirib.
