"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV
Quba-Qonaqkənd yolunun Kunxırt və Xırt kəndlərindən keçən hissəsində torpaq sürüşmələri qeydə alınıb.
Nəticədə, yolun asfalt örtüyünə ziyan dəyib və hərəkət hissəsi daralıb.
Sözügedən yoldan istifadə edən sürücülər yaranmış vəziyyətin onlar üçün təhlükə yaratdığını bildirirlər.
“Qaranlıqda və dumanda vəziyyət daha da çətinləşir. Burada mütləq nişan olmalıdır. Təxminən bir ilə yaxındır ki, belə vəziyyətdədir. Qış gəlir, buranı düzəltsələr, yaxşı olardı”, – sürücülərdən biri deyib.
Digər sürücü isə bildirib ki, yolda təhlükəsizlik nişanları gecə saatlarında görünmür:
“Yol sürüşür. Gecə nişan görünmür, gündüz isə güclə seçilir. Buradan davamlı gedib-gələnlər yolu bilir, ancaq şəhərdən gələn qonaqlar vəziyyətdən xəbərsizdir. Belə yerləri düzəltsələr, yaxşı olardı. Camaat yola görə kənddə yaşayır”.
