Выбрать плеер:
2026-cı ilin ilk qız övladı bu rayonda dünyaya göz açdı - Baku TV
2026-cı ilin ilk qız uşağı dünyaya gəlib.
Körpə yanvarın 1-i gecə saat 00:40 radələrində TƏBİB-in nəzdindəki Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulub.
Körpənin cinsi qız, çəkisi 3 kiloqram 200 qramdır. Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.
Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.
Скопировано
