Выбрать плеер:

Vətəndaşlarla tikinti şirkəti arasında mübahisə yarandı - Baku TV

15 марта 2026 26 просмотров

Bakıda köhnə evlərin sökülməsi zamanı problemlər daha çox sahəsi kiçik olan evlərin sahibləri ilə bağlı yaranır.

Mülk sahibləri evlərinin əvəzində daha böyük mənzil tələb edir, tikinti şirkətləri isə bunun mümkün olmadığını bildirirlər. Nəticədə, tərəflər arasında mübahisələr yaranır, bəzi hallarda məsələ məhkəməyə qədər gedib çıxır. Bu problem isə illərdir həllini gözləyir.

Sakinlərdən biri vəziyyəti belə izah edib:

“Razılaşa bilmirik. İstədiyimizi vermirlər. Evimi də zədələyiblər. Yenə razılaşmırlar, bizi aldadırlar. Evimin arxa hissəsini söküblər, altı su içində qalıb. 11 ailə qalmışıq, amma məsələni həll etmirlər”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, pilot layihələrin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin 86 saylı qərarında kompensasiya sahəsinə əlavə 15–20 faiz tətbiqi nəzərdə tutulur. Lakin ölkədə kompensasiyaların verilməsi ilə bağlı alternativ qanun və ya normativ mexanizm olmadığı üçün vətəndaşlarla söküntü işlərini aparan tərəflər arasında tez-tez mübahisələr yaranır.

Ekspertin sözlərinə görə, əsas problemlərdən biri kiçik istifadə sahəsinə görə verilən kompensasiyalarla bağlıdır. Əgər tikinti şirkəti kompensasiyanı mənzil və ya əmlak formasında təqdim edirsə, bu zaman fərqli əmsalların tətbiqi vacibdir.

“Hazırda bu məsələni tənzimləyən konkret qanun yoxdur. Bu səbəbdən ən azı Nazirlər Kabinetinin müəyyən etdiyi 15–20 faiz əlavə kompensasiya əvəzinə diferensial yanaşma tətbiq olunması daha məqsədəuyğun olardı. Məsələn, sahəsi 20 kvadratmetrə qədər olan evlər üçün kompensasiya ən azı 30 faiz artırıla bilər. 20–30 kvadratmetr arası sahələr üçün isə ən azı 25 faiz əlavə kompensasiya tətbiq edilməsi daha ədalətli olar”, – deyə Elnur Azadov qeyd edib.

Gözlərdə bulanıq görmənin səbəbləri

Gözlərdə bulanıq görmənin səbəbləri

Cəmiyyət
15 марта 2026 26 просмотров
Ağciyər xərçənginə qarşı güclü vasitədir?

Ağciyər xərçənginə qarşı güclü vasitədir?

Cəmiyyət
15 марта 2026 26 просмотров
Lənkəranda şagirdlərin hazırladığı layihə qızıl medala layiq görüldü - Baku TV

Lənkəranda şagirdlərin hazırladığı layihə qızıl medala layiq görüldü - Baku TV

Cəmiyyət
15 марта 2026 26 просмотров
"Bir arvadla bacarmıram, o birini..." | Bu kənddə başımıza oyun açan nə oldu? - KƏNDİNƏ QAYIT

"Bir arvadla bacarmıram, o birini..." | Bu kənddə başımıza oyun açan nə oldu? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
15 марта 2026 26 просмотров
Bakı bulvarında Novruz yarmarkası təşkil olunub - Baku TV

Bakı bulvarında Novruz yarmarkası təşkil olunub - Baku TV

Cəmiyyət
15 марта 2026 26 просмотров
Həftəsonu səfərə çıxacaq sürücülərin diqqətinə! - Baku TV

Həftəsonu səfərə çıxacaq sürücülərin diqqətinə! - Baku TV

Cəmiyyət
15 марта 2026 26 просмотров
“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI

“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI

Cəmiyyət
14 марта 2026 26 просмотров
“Milyonlarla baxışı pulla almısan" | Elnarə Xəlilovanın “tör-töküntü” dediyi kimlərdir? - QAPQARA

“Milyonlarla baxışı pulla almısan" | Elnarə Xəlilovanın “tör-töküntü” dediyi kimlərdir? - QAPQARA

Cəmiyyət
14 марта 2026 26 просмотров
Ramazan ayının 25-ci gününün duası - Baku TV

Ramazan ayının 25-ci gününün duası - Baku TV

Cəmiyyət
14 марта 2026 26 просмотров
Ürəyində 2 dənə deşik var | Aztəminatlı ailəyə sosial yardım niyə verilmir? - Baku TV

Ürəyində 2 dənə deşik var | Aztəminatlı ailəyə sosial yardım niyə verilmir? - Baku TV

Cəmiyyət
14 марта 2026 26 просмотров
Выбранные
icon