Выбрать плеер:

“Dedi ki, 3 aya hazır olacaq” | Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - Baku TV

06 декабря 2025 272 просмотров

Son zamanlar yeni tikililərlə bağlı şikayətlər artıb. Əksər vətəndaşlar tikintisi illərlə davam edən binalardan böyük məbləğlər ödəyərək mənzil alır, lakin arzuladıqları evə sahib ola bilmirlər.

Şikayətçilər bildiriblər ki, bəzi tikinti şirkətləri mənzilləri satmalarına baxmayaraq, nə tikintini vaxtında başa çatdırır, nə də alıcıların hüquqlarını qoruyurlar.

“Ümumi 45 min manat ödəmişəm. 6 ildir kirayədə qalıram, binadan isə hələ də xəbər yoxdur”, – zərərçəkən vətəndaşlardan biri söyləyib.

Başqa bir sakin isə belə deyib: “Bankdan külli miqdarda kredit götürüb ödəniş etmişəm. Sonradan məlum olub ki, mənzili bir neçə nəfərə satıblar”.

Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, binanın tikilməkdə olan qiyməti ilə tam hazır vəziyyətdəki qiyməti arasında 30-40 faiz fərq olur:

“Çoxmənzilli binaların tikintisi orta hesabla 2-3 il davam edir. Bu müddət ərzində əmlak bazarında baş verən qiymət artımları səbəbindən həmin binalardakı mənzillərin satış qiymətlərində artımlar baş verir”.

E.Fərzəliyev qeyd edib ki, müqavilələrdə tikintinin başa çatdırılma tarixi göstərilsə də, şirkətlərin öhdəliyi pozması nəticəsində vətəndaşlar uzun müddət gözləməli olurlar.

Ekspert həmçinin alıcılara ciddi xəbərdarlıq edərək vurğulayıb ki, mənzil alarkən şirkət barəsində araşdırma aparmaq, tikintinin sənədlərinin olub-olmadığını öyrənmək və alqı-satqını mütləq notarial qaydada rəsmiləşdirmək lazımdır. 

Скопировано
Vətəndaşlarla tikinti şirkəti arasında mübahisə yarandı - Baku TV

Vətəndaşlarla tikinti şirkəti arasında mübahisə yarandı - Baku TV

Cəmiyyət
15 марта 2026 272 просмотров
Gözlərdə bulanıq görmənin səbəbləri

Gözlərdə bulanıq görmənin səbəbləri

Cəmiyyət
15 марта 2026 272 просмотров
Ağciyər xərçənginə qarşı güclü vasitədir?

Ağciyər xərçənginə qarşı güclü vasitədir?

Cəmiyyət
15 марта 2026 272 просмотров
Lənkəranda şagirdlərin hazırladığı layihə qızıl medala layiq görüldü - Baku TV

Lənkəranda şagirdlərin hazırladığı layihə qızıl medala layiq görüldü - Baku TV

Cəmiyyət
15 марта 2026 272 просмотров
"Bir arvadla bacarmıram, o birini..." | Bu kənddə başımıza oyun açan nə oldu? - KƏNDİNƏ QAYIT

"Bir arvadla bacarmıram, o birini..." | Bu kənddə başımıza oyun açan nə oldu? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
15 марта 2026 272 просмотров
Bakı bulvarında Novruz yarmarkası təşkil olunub - Baku TV

Bakı bulvarında Novruz yarmarkası təşkil olunub - Baku TV

Cəmiyyət
15 марта 2026 272 просмотров
Həftəsonu səfərə çıxacaq sürücülərin diqqətinə! - Baku TV

Həftəsonu səfərə çıxacaq sürücülərin diqqətinə! - Baku TV

Cəmiyyət
15 марта 2026 272 просмотров
“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI

“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI

Cəmiyyət
14 марта 2026 272 просмотров
“Milyonlarla baxışı pulla almısan" | Elnarə Xəlilovanın “tör-töküntü” dediyi kimlərdir? - QAPQARA

“Milyonlarla baxışı pulla almısan" | Elnarə Xəlilovanın “tör-töküntü” dediyi kimlərdir? - QAPQARA

Cəmiyyət
14 марта 2026 272 просмотров
Ramazan ayının 25-ci gününün duası - Baku TV

Ramazan ayının 25-ci gününün duası - Baku TV

Cəmiyyət
14 марта 2026 272 просмотров
Выбранные
icon