Выбрать плеер:

Agentlik təhlükəli vəziyyətlə bağlı azərbaycanlı dənizçilərə çağırış etdi - Baku TV

16 июля 2026 191 просмотров

Son aylarda Qara və Azov dənizlərində xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə azərbaycanlı dənizçilərin həlak olması və yaralanması onların təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırıb.

Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib ki, xarici sularda çalışan azərbaycanlı dənizçilərlə bağlı baş verən hadisələr qurumda ciddi narahatlıq yaradıb.

“Son aylarda müxtəlif dövlətlərin bayrağı altında çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı xəbərlər bizi dərindən sarsıdır. Dənizçilərimizi öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırırıq”, – deyə o qeyd edib.

Pərvanə İmanova Qara və Azov dənizləri, Fars körfəzi və Hörmüz boğazında təhlükəsizlik risklərinin yüksək olduğunu vurğulayıb:

“Dənizçilər səfərə razılıq verməzdən əvvəl mövcud riskləri qiymətləndirməli, aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən mümkün qədər uzaq durmalıdırlar”.

Agentlik gəmiçilik şirkətlərini və aidiyyəti qurumları da dənizçilərin həyat və sağlamlığını prioritet hesab etməyə, səfərlərdən əvvəl bütün zəruri təhlükəsizlik tədbirlərini görməyə çağırıb.

“Bütün dənizçilərimizi ehtiyatlı olmağa, özlərini və doğmalarını düşünməyə, müharibə zonalarından uzaq durmağa səsləyirik”, – deyə qurumun sözçüsü bildirib.

Скопировано
Tələbələrin yerdəyişməsi üzrə yekun nəticələr elektron kabinetlərə göndərilib - Baku TV

Tələbələrin yerdəyişməsi üzrə yekun nəticələr elektron kabinetlərə göndərilib - Baku TV

Cəmiyyət
28 июля 2026 191 просмотров
Elektron sistem üzrə aparılan yerdəyişmə prosesi uğurla başa çatıb - Baku TV CANLI

Elektron sistem üzrə aparılan yerdəyişmə prosesi uğurla başa çatıb - Baku TV CANLI

Cəmiyyət
28 июля 2026 191 просмотров
İki ailənin yaşadığı kənddə həyat necə davam edir? | Sakin danışdı - Baku TV

İki ailənin yaşadığı kənddə həyat necə davam edir? | Sakin danışdı - Baku TV

Cəmiyyət
28 июля 2026 191 просмотров
Müəllimi güllələməkdə təqsirləndirilən şagirddən baş verənlərlə bağlı açıqlama - Baku TV

Müəllimi güllələməkdə təqsirləndirilən şagirddən baş verənlərlə bağlı açıqlama - Baku TV

Cəmiyyət
28 июля 2026 191 просмотров
“Ay xanım, sizə nə lazımdır axı?!” | Vətəndaşın torpağını kim zəbt edib? - Baku TV

“Ay xanım, sizə nə lazımdır axı?!” | Vətəndaşın torpağını kim zəbt edib? - Baku TV

Cəmiyyət
28 июля 2026 191 просмотров
Taxıl biçininin yavaş-yavaş yekunlaşdığı dövrdə sahələrdə vəziyyət necədir? - Baku TV

Taxıl biçininin yavaş-yavaş yekunlaşdığı dövrdə sahələrdə vəziyyət necədir? - Baku TV

Cəmiyyət
28 июля 2026 191 просмотров
İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan qalmaqallı iddia - Baku TV

İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan qalmaqallı iddia - Baku TV

Cəmiyyət
28 июля 2026 191 просмотров
Sığortalı kreditlər borcalan üçün hansı üstünlükləri yaradacaq? | İqtisadçıdan açıqlama - Baku TV

Sığortalı kreditlər borcalan üçün hansı üstünlükləri yaradacaq? | İqtisadçıdan açıqlama - Baku TV

Cəmiyyət
28 июля 2026 191 просмотров
"Xəcalət çəkirik, uşaqlarımızı..." | Problemi həll edilməyən sakinlər özündən çıxdı - Baku TV

"Xəcalət çəkirik, uşaqlarımızı..." | Problemi həll edilməyən sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
28 июля 2026 191 просмотров
Özünü və ailəsini təhlükəyə atanlar | Sakinlər xəbərdarlıqlara niyə məhəl qoymur? - Baku TV

Özünü və ailəsini təhlükəyə atanlar | Sakinlər xəbərdarlıqlara niyə məhəl qoymur? - Baku TV

Cəmiyyət
28 июля 2026 191 просмотров
Выбранные
icon