Выбрать плеер:

İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan qalmaqallı iddia - Baku TV

28 июля 2026 225 просмотров

Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş Tural Əsgərov “Aura Məişət Texnikası” şirkətində işlədiyi dövrdə əmək hüquqlarının pozulduğunu iddia edir. O, uzun illər əmək müqaviləsi bağlanmadan çalışdırıldığını və işdən əsassız çıxarıldığını bildirir.

“2016-cı ildən “Aura Məişət Texnikası” adlı şirkətdə çalışmışam. 2024-cü ilə qədər əmək müqaviləsi olmadan işləmişəm. Dəfələrlə müqavilə bağlamağı tələb etsəm də, hər dəfə vaxtı uzatdılar. 2024-cü ildən rəsmi işçi kimi fəaliyyətimi davam etdirdim. Lakin sonradan müqaviləmə birtərəfli qaydada xitam verildi və heç bir səbəb göstərilmədi. Sonra mənə 1092 manat maaş veriləndə hesablamanın düzgün aparılmadığını bildirərək məzuniyyət pulumun da verilməsini tələb etdim.

Bir həftə sonra mühasibatlıqdan əlaqə saxlayıb məzuniyyət pulumu götürməyimi istədilər. Oraya getdikdə xanımlar bildirdilər ki, şirkətin Azərbaycandakı icraçı direktoru Səməd bəy deyib: “Əgər Dövlət Sosial Müdafiə Fonduna rəsmi işləmədiyiniz dövrlə bağlı verdiyiniz izahatı geri götürsəniz, 365 manat pulunuzu bərpa edib verəcəyik”. Hazırda həmin 365 manat məbləği ödəməkdən imtina edirlər”, – deyə T.Əsgərov bildirib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən qeyd olunub ki, vətəndaş Tural Əsgərovun “Aura Məişət Texnikası” MMC tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciəti quruma daxil olub və hazırda araşdırılır:

“Araşdırma çərçivəsində müəssisəyə müvafiq sorğular göndərilib. Tələb olunan sənədlər tam təqdim edilmədiyindən müəssisə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək üçün dəvət olunub.

Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işə cəlb olunması qanunvericiliyin pozulmasıdır. Həmçinin faktiki əməkhaqqının düzgün rəsmiləşdirilməməsi, iş vaxtı normalarının pozulması və əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulmayan əsasla xitam verilməsi yolverilməzdir. Əmək müqaviləsinə xitam yalnız Əmək Məcəlləsinin 70 və 71-ci maddələrində nəzərdə tutulan əsaslar və qaydalar gözlənilməklə həyata keçirilə bilər”. 

Скопировано
Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Cəmiyyət
23 сентября 2026 225 просмотров
Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Cəmiyyət
23 сентября 2026 225 просмотров
Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Cəmiyyət
23 сентября 2026 225 просмотров
"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

Cəmiyyət
23 сентября 2026 225 просмотров
Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Cəmiyyət
23 сентября 2026 225 просмотров
Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Cəmiyyət
23 сентября 2026 225 просмотров
Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Cəmiyyət
23 сентября 2026 225 просмотров
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Cəmiyyət
23 сентября 2026 225 просмотров
Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Cəmiyyət
23 сентября 2026 225 просмотров
2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 сентября 2026 225 просмотров
Выбранные
icon