Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ
“Qlobal miqyasda kütləvi istehsalat o qədər də vacib deyil, çünki orada tamamilə fərqli bir rəqabət mühiti var. Bu səbəbdən yeni kolleksiyalarımız tanınmış rəssam və dizaynerlərlə əməkdaşlıq çərçivəsində hazırlanır və dəyəri qat-qat yüksək olur”.
Bu sözləri Baku TV-yə müsahibəsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov deyib.
O bildirib ki, yaratdıqları kolleksiyaların 30–40 faizi xaricə gedir.
“Kolleksionerlər bu xalçalara incəsənət əsəri kimi baxırlar, çünki onların hər biri məhdud sayda – 5 və ya 10 ədəd istehsal olunur. Bu addım həm də ölkənin turizm potensialını artırır. Gələn qonaqlar şəhərdə 2–3 gün qalır, bizimlə və rəssamlarla tanış olur, əsəri alıb aparırlar. Əsas bazarlarımıza gəldikdə isə ABŞ-yə satışlarımız çoxdur, lakin son illər daha çox Şərq ölkələrindən böyük maraq və sifarişlər olur”, – deyə Emin Məmmədov qeyd edib.
